​Ankaradakı partlayışda istifadə edilən avtomobil haqda məlumat yayılıb

​Ankaradakı partlayışda istifadə edilən avtomobil haqda məlumat yayılıb Həmin avtomobil Əskişəhər yolunda Kənd Xidmətləri məntəqəsində kameralar qeydə alıb
Region
18 Fevral , 2016 10:28
​Ankaradakı partlayışda istifadə edilən avtomobil haqda məlumat yayılıb

Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 17-də Ankarada törədilən terrorda istifadə edilən avtomobilin 15 gün öncə oğurlandığı məlum olub.

"Report" xəbər verir ki, bu haqda "Milliyet" qəzeti məlumat yayıb.

Məlumata görə, "Volkswagen Scirocco" markalı avtomobil təxminən 15 gün öncə İzmirdən icarəyə götürülüb və kirayə müddəti başa çatandan sonra təhvil verilməyib. Bundan sonra avtomobilin oğurlanması ilə bağlı polisə məlumat verilib.

Hərbçilərə məxsus xidməti mikroavtobus Ankarada İnönü bulvarının Dikmen prospektindən Merasim küçəsinə keçərkən içərisində bomba quraşdırılımış həmin avtomobil partladılıb. Hadisə yerindən tapılan dəlillərlə terroru Suriya vətəndaşı Salih Necarın törətdiyi müəyyənləşib.

Həmin avtomobili fevralın 11-də Əskişəhər yolunda Kənd Xidmətləri məntəqəsində kameralar qeydə alıb.

Qeyd edək ki, fevralın 17-də Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi