Ankarada törədilən terror aktı ilə bağlı tutulan 11 şübhəli dindirilir

Ankarada törədilən terror aktı ilə bağlı tutulan 11 şübhəli dindirilir Həmin şəxslər prokurorluq ifadə verəcəklər.
Region
18 Oktyabr , 2015 13:31
Ankarada törədilən terror aktı ilə bağlı tutulan 11 şübhəli dindirilir

Bakı. 18 oktyabr. REPORT.AZ/ Türkiyə paytaxtı Ankarada oktyabrın 10-da dəmiryol vağzalının qarşısında törədilən terror aktı ilə bağlı tutulan 11 şübhəli şəxs bu gün ədliyyə şöbəsinə aparılıb.

"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, həmin şəxslər prokurorluq əməkdaşlarına 102 nəfərin öldüyü partlayışlarla bağlı ifadə verəcəklər.

Polis Ankara ədliyyə şöbəsinin qarşısında "canlı sədd" yaradıb.

Məlumata görə, şübhəlilərdən üçü "Twitter" sosial şəbəkəsində hadisədən öncə terrora dair mesaj paylaşdıqları üçün tutulublar.

Xəbərdə bildirlib ki, 8 nəfər isə partlayışın törədilməsində şübhəli bilinərək həbs ediliblər.

Son xəbərlər

Orphus sistemi