Bakı. 9 yanvar. REPORT.AZ/ Cümhuriyyət Xalq Partiyasının (CHP) çağırışı əsasında Ankarada Böyük Millət Məclisinin binası qarşısında etiraz aksiyası keçirilib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bir qrup aksiya iştirakçısı parlamentin binası daxil olmaq istəyib. Ancaq polis onların qarşısını alıb.
Məlumata görə, aksiya Konstitusiyaya ediləcək dəyişikliyə etiraz olaraq keçirilib.
Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı və Milliyyətçi Hərəkat Partiyasının dəstəklədiyi Konstitusiyaya dəyişikliklə əlaqədar referendumun bu ilin aprelində keçirilməsi nəzərdə tutulub.