Ankarada qəzet redaksiyasına silahlı hücuma dair xəbərlər təkzib olunub

Ankarada qəzet redaksiyasına silahlı hücuma dair xəbərlər təkzib olunub "Ofisin pəncərələrində yaranan çatlar texniki səbəbdən baş verib"
Region
13 Dekabr , 2015 03:17
Ankarada qəzet redaksiyasına silahlı hücuma dair xəbərlər təkzib olunub

Bakı. 13 dekabr. REPORT.AZ/ Türkiyə rəsmiləri “Hürriyet” qəzetinin Ankaradaki redaksiyasının yerləşdiyi ofisin atəşə tutulmasına dair xəbərləri təkzib ediblər.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Ankara valiliyinin əməkdaşları bildirib ki, ofisin pəncərələrində yaranan çatlar texniki səbəbdən baş verib, сinayətkarların guya hərəkətdə olan avtomobildən atəş açmasına dair məlumatlar isə əsassız adlandırılıb.

Son xəbərlər

Orphus sistemi