Bakı. 19 fevral. REPORT.AZ/ Ankarada törədilən terror aktına görə məsuliyyəti terrorçu PKK təşkilatı ilə sıx əlaqədə olan "Kürdüstan Müstəqilliq Şahinləri" (TAK) adlı qruplaşma öz üzərinə götürüb.
"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu qruplaşma tərəfindən yayılan bəyanatda bildirilir ki, 28 nəfərin ölümü ilə nəticələnən terror aktını törədən Abdulbaki Sönməz adlı terrorçu məhz TAK-ın fəal üzvü olub.
Qeyd edək ki, terrorçu "Kürdüstan Müstəqilliq Şahinləri" qruplaşması daha əvvəl də Türkiyə ərazisində şəhərlərdə və turizm bölgələrində çox sayıda terror aktı törədib.