Ankarada Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi ilə bağlı iş üzrə ilk dinləmələr başlayıb

Ankarada Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi ilə bağlı iş üzrə ilk dinləmələr başlayıb Bakı. 8 yanvar. REPORT.AZ/ Ankarada Rusiyanın Türkiyədəki sabiq səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı iş üzrə ilk dinləmələr başlayıb.
Region
8 Yanvar , 2019 12:22
Ankarada Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi ilə bağlı iş üzrə ilk dinləmələr başlayıb
0 : 00
0 : 00

Bakı. 8 yanvar. REPORT.AZ/ Ankarada Rusiyanın Türkiyədəki sabiq səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı iş üzrə ilk dinləmələr başlayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Hakim bəzi şübhəlilərin ölkə xaricində olduğunu, ona görə də bu gün məhkəmə qarşısına çıxmayacaqlarını bildirib. Müttəhimlər kürsüsündə ümumilikdə 18 nəfər olub, onlardan 4-ü həbsxanada olduğundan məhkəməyə videoəlaqə ilə qoşulub.

Daha əvvəl Ankara prokurorluğu paytaxtın Ağır Cinayətlər üzrə İkinci Məhkəməsinə ittiham aktı göndərib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb, hücumçu edən - polis məmuru Mevlut Mert Altıntaş da polis tərəfindən məhv edilib.

Son xəbərlər

Orphus sistemi