Ankarada güclü partlayış baş verib

Ankarada güclü partlayış baş verib Hadisə yerinə "təcili yardım" və yanğınsöndürmə briqadaları cəlb olunub
Region
1 Fevral , 2018 21:19
Ankarada güclü partlayış baş verib

Bakı. 1 fevral. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankaranın Çuxuranbar rayonunda güclü partlayış baş verib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, hadisə vergi idarəsinin aşağı mərtəbəsində qaz sızması nəticəsində olub.

Partlayış zamanı ətrafda olan bir neçə nəfər partlayış nəticəsində çıxan daş və metallardan yüngül şəkildə yaralanıb.

Hadisə yerinə "təcili yardım" və yanğınsöndürmə briqadaları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi