Bakı. 27 mart. REPORT.AZ/ Türkiyə paytaxtı Ankarada betonqarışdıran avtomobillə minik maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, bir nəfər yaralanıb.
“Report” "Haber7"yə istindən xəbər verir ki, hadisə paytaxtın Akyurt rayonunda baş verib.
Ölənlərin hamısı minik avtomobilinin sərnişinləridir.
Betonqarışdıran maşının sürücüsü isə xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.