Ankara prokurorluğu terrorçu PKK-nın 68 dəstə başçısı barədə ömürlük həbs cəzası istəyib

Ankara prokurorluğu terrorçu PKK-nın 68 dəstə başçısı barədə ömürlük həbs cəzası istəyib Rəsmi məlumata görə, terror aktı nəticəsində 99 nəfər ölüb, 500 nəfər isə yaralanıb
Region
30 Noyabr , 2016 14:28
Ankara prokurorluğu terrorçu PKK-nın 68 dəstə başçısı barədə ömürlük həbs cəzası istəyib

Bakı. 30 noyabr. REPORT.AZ/ Ankara şəhər Prokurorluğu bu ilin fevralında Türkiyə paytaxtının Mersaim küçəsində törədilən terror aktı ilə əlaqədar terrorçu PKK qruplaşmasının rəhbərliyində təmsil olunan 68 nəfər haqqında cinayət işini məhkəməyə təqdim edib.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, prokurorluğun ittihamnaməsində terrorçu qruplaşmanın Avropadakı başçılarından Zübeyr Aydar və Remzi Kartal, bu terrorçu qruplaşmanın Suriyadakı qollarından biri, PYD-nin başçısı Salih Müslim, PKK-nı idarə edənlərdən Cemil Bayık, Murat Karayılan və Fehman Hüseynin də adı var.

İttihamnaməyə əsasən, prokurorluq onların 30 dəfə ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, onlar hərbçilərə məxsus avtomobilin keçdiyi küçəyə partlayıcı düzməkdə ittiham olunurlar. Rəsmi məlumata görə, həmin terror aktı nəticəsində 99 nəfər ölüb, 500 nəfər isə yaralanıb.

Ankara şəhəri Tibb Palatası əməkdaşlarının məlumatına görə, terror nəticəsində 106 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi