Ankara Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib

Ankara Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası namizəd irəli sürməyib
Region
6 Noyabr , 2017 16:57
Ankara Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Mustafa Tuna Ankara Böyükşəhər Bələdiyyəsinə sədr seçilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu AKP baş katibinin müavini Erol Kaya açıqlayıb.

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası namizəd irəli sürməyib. 

Qeyd edək ki, oktyabrın 28-də Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçek istefa verib. O, 8 min 617 gün (23,6 il ) bu vəzifədə olub. AKP Ankara, Bursa və Balıkəsir böyükşəhər bələdiyyələri sədrlərinin istefası ilə bağlı qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi