Angela Merkel: "Almaniya qoşunlarını Türkiyənin "İncirlik" bazasından İordaniyaya apara bilər"

Angela Merkel: "Almaniya qoşunlarını Türkiyənin "İncirlik" bazasından İordaniyaya apara bilər" Almaniya Türkiyənin "İncirlik" hərbi bazasındakı qoşunlarının qonşu ölkələrə aparılması üzrə alternativlər axtarmaqda davam edəcək
Region
15 May , 2017 16:17
Angela Merkel: Almaniya qoşunlarını Türkiyənin İncirlik bazasından İordaniyaya apara bilər

Bakı. 15 may. REPORT.AZ/ Almaniya Türkiyənin "İncirlik" hərbi bazasındakı qoşunlarının qonşu ölkələrə aparılması üzrə alternativlər axtarmaqda davam edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bildirib.

"Bu, çətin prosesdir. Danışıqları davam etdirəcəyik, amma, eyni zamanda bu mandat əsasında nə edə biləcəyimizi nəzərdən keçirəcəyik. Bu, "İncirliy"ə alternativ axtarmaq deməkdir. Mümkün alternativlər arasında, məsələn, İordaniya var", - A.Merkel vurğulayıb.

Son xəbərlər

Orphus sistemi