Anar Kərimov Bolnisi muzeyi və Marneuli Çay Evini ziyarət edib

Anar Kərimov Bolnisi muzeyi və Marneuli Çay Evini ziyarət edib Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstanın Bolnisi rayonunun muzeyini ziyarət edib.
Region
8 İyul , 2021 21:29
Anar Kərimov Bolnisi muzeyi və Marneuli Çay Evini ziyarət edib

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstanın Bolnisi rayonunun muzeyini ziyarət edib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze naziri muzeylə tanış edib.

Məlumat verilib ki, ötən ilin iyulunda açılan Bolnisi muzeyi XXI əsrin regional muzey nümunəsidir və bir məkanda elm, mədəniyyət, təhsil və turizmin müxtəlif seqmentlərini birləşdirir. Ekspozisiyada Kvemo Kartlinin tarixi, multikultural bölgənin unikallığı və təbiət müxtəlifliyi təqdim olunub. Muzey incəsənət mərkəzi ilə yanaşı, mədəni-maarifləndirmə tədbirlərinin keçirilməsi üçün məkan funksiyasını da yerinə yetirir.

Nazir daha sonra Marneuli rayonunun mərkəzində yerləşən Çay Evinə də baş çəkib, buradakı tədris mərkəzinin fəaliyyəti və mövcud şəraitlə tanış olub. Menecer Emin Əhmədov məlumat verib ki, mərkəz 2012-ci ildə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə istifadəyə verilib. O, bildirib ki, mərkəzdə kompüter, gürcü dili kursları, xalçaçılıq, rəqs, şahmat, rəssamlıq və digər dərnəklər ödənişsiz fəaliyyət göstərir.

A.Kərimov tədris mərkəzində gənclərin inkişafı üçün yaradılan şəraiti yüksək qiymətləndirib.O, Çay Evinin qarşısında Nizami Gəncəvi və Şota Rustavelinin surətlərinin həkk olunduğu barelyefə də baxış keçirib.

Naziri ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov müşayiət edib.

Bununla da mədəniyyət nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstana üçgünlük rəsmi səfəri başa çatıb.

Son xəbərlər

Orphus sistemi