Almazbek Atambayevin həbs müddəti uzadılıb

Almazbek Atambayevin həbs müddəti uzadılıb Məhkəmə Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin oktyabrın 26-dək həbsdə saxlanılmasına qərar verib.
Region
20 Avqust , 2019 10:25
Almazbek Atambayevin həbs müddəti uzadılıb

Məhkəmə Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin oktyabrın 26-dək həbsdə saxlanılmasına qərar verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Sergey Slesarev məlumat verib.

Məhkəmə iclası sabiq prezidentin avqustun 8-dən bəri qaldığı istintaq təcridxanasının olduğu Dövlət Milli Təhlükəsizlik Komitəsinin binasında keçirilib.

Daha əvvəl A.Atambayevin avqustun 26-dək həbs olunmasına dair qərar qəbul edilsə də, sonra onun saxlanılmasının qanuniliyi məsələsinə baxılması təxirə salınmışdı.

Son xəbərlər

Orphus sistemi