Almatıda güclü qar 30-dan çox reysin ləğvi və gecikməsinə səbəb olub

Almatıda güclü qar 30-dan çox reysin ləğvi və gecikməsinə səbəb olub Güclü qar Almatı hava limanında 30-dan çox reysin ləğv edilməsinə və gecikməsinə səbəb olub.
Region
22 Yanvar , 2025 18:09
Almatıda güclü qar 30-dan çox reysin ləğvi və gecikməsinə səbəb olub

Güclü qar Qazaxıstanın Almatı hava limanında 30-dan çox reysin ləğv edilməsinə və gecikməsinə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə TASS hava limanının onlayn tablosuna istinadən məlumat yayıb.

"Hava şəraitinin pisləşməsi ilə əlaqədar aeroportun istehsalat xidmətləri gücləndirilmiş rejimdə işləyir”, - məlumatda qeyd olunur.

Hava limanı xidmətləri aviareyslərlə bağlı gecikmələri minimuma endirmək üçün bütün zəruri tədbirləri görür.

Son xəbərlər

Orphus sistemi