Almatıda etiraz aksiyası keçirilir, xeyli sayda saxlanılan var

Almatıda etiraz aksiyası keçirilir, xeyli sayda saxlanılan var Qazaxıstanda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə etiraz edən bir qrup Almatı şəhərinin mərkəzi Astana meydanına toplaşıb.
Region
10 iyun 2019 08:41
Almatıda etiraz aksiyası keçirilir, xeyli sayda saxlanılan var

Qazaxıstanda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə etiraz edən bir qrup Almatı şəhərinin mərkəzi Astana meydanına toplaşıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, hazırda polis və Milli Qvardiya tərəfindən mühasirəyə alınan meydan və yaxınlıqdakı bağ ətrafında polis aksiya iştirakçılarını saxlayır. İndiyədək 30-dən çox saxlanılan var.

Ötən gün həmçinin kütləvi etiraz aksiyalarının keçirildiyi paytaxt Nur-Sultan şəhərində də hazırda Gənclər (Jastar) meydanı və bəzi əsas küçələr polis tərəfindən nəzarətə götürülüb.

Xatırladaq ki, bu gün ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərin müvəqqəti dövlət başçısı Kasım-Jomart Tokayevin qələbəsi ilə başa çatdığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi