Almaniyanın milli aviadaşıyıcısı İrana uçuşları bərpa edir

Almaniyanın milli aviadaşıyıcısı İrana uçuşları bərpa edir Frankfurt - Tehran aviareysləri aprelin 16-dan həyata keçiriləcək
İnfrastruktur
3 Aprel , 2021 10:01
Almaniyanın milli aviadaşıyıcısı İrana uçuşları bərpa edir

Almaniyanın milli aviadaşıyıcısı - “Lufthansa” şirkəti 1 il 3 aylıq fasilədən sonra ölkənin Frankfurt şəhərindən İranın paytaxtı Tehrana uçuşları bərpa edir.

“Report” xəbər verir ki, bu barədə qonşu ölkənin "Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, aviareyslər aprelin 16-dan həyata keçiriləcək.

Xatırladaq ki, ötən il yanvarın 8-də "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinə məxsus “Boeing 737” təyyarə İran səmasında vurulduqdan sonra “Lufthansa” Tehrana uçuşları dayandırmışdı. Həmin hadisə nəticəsində təyyarənin göyərtəsindəki 176 nəfər ölmüşdü.

Son xəbərlər

Orphus sistemi