Almaniyanın gələcək kansleri Ukrayna ətrafındakı vəziyyətə münasibət bildirib

Almaniyanın gələcək kansleri Ukrayna ətrafındakı vəziyyətə münasibət bildirib "Sərhədlərin pozulması ilə bağlı təhdid qəbuledilməzdir".
Region
104
7 Dekabr , 2021 15:06
Almaniyanın gələcək kansleri Ukrayna ətrafındakı vəziyyətə münasibət bildirib

"Sərhədlərin pozulması ilə bağlı təhdid qəbuledilməzdir".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın gələcək kansleri Olaf Şolts dekabrın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

O.Şolts Ukrayna ətrafında yaranan vəziyyəti şərh edərkən sərhədlərin pozulmamasını xatırladaraq bu təhdidin qəbuledilməz olduğunu bildirib.

O, Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərindən danışaraq gərginliyin azadılması üçün sərhədlərin pozulmamasının vacibliyini də vurğulayıb.

O.Şolts deyib ki, Almaniya, bütün Avropa, eləcə də ABŞ və başqa dövlətlər Ukrayna sərhədində hərbçilərin hərəkətindən narahatdırlar: “Ona görə də mövqe aydın olmalıdır: Ukraynanı təhdid etmək qəbuledilməzdir. Əminəm ki, ABŞ Prezidenti Cozef Bayden də Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda belə mövqe sərgiləyəcək”.

Qeyd edək ki, dekabrın 8-də Almaniya parlamentinin Olaf Şoltsu kansler vəzifəsinə təsdiqləyəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi