Almaniya XİN başçısı: "Aİ ABŞ-ın İranın nüvə proqramından çıxışını kompensasiya edə biləcək"

Almaniya XİN başçısı: "Aİ ABŞ-ın İranın nüvə proqramından çıxışını kompensasiya edə biləcək" Biz və digər Avropa ölkələri İranda iqtisadi fəaliyyəti dəstəkləmək üçün imkanlar yaratmağa çalışırıq. INSTEX adlı hesablar mexanizmini işləyib hazırlamışıq, onu işə salmaq lazımdır.
Region
10 İyun , 2019 16:00
Almaniya XİN başçısı: Aİ ABŞ-ın İranın nüvə proqramından çıxışını kompensasiya edə biləcək

"Biz və digər Avropa ölkələri İranda iqtisadi fəaliyyəti dəstəkləmək üçün imkanlar yaratmağa çalışırıq. INSTEX adlı hesablar mexanizmini işləyib hazırlamışıq, onu işə salmaq lazımdır".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas Tehranda iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə birgə keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər birgə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ətrafındakı vəziyyəti müzakirə ediblər.

"Bizdən nə gözlənildiyi deyildi. Mən də hesab mexanizmini hazırladığımızı və önümüzdəki həftələrdə bunu həyata keçirəcəyimizi bildirdim. Ümid edirəm ki, BHFP-dən sonra vaxt barəsində danışmayacağıq. Tərəflərin hamısı sazişə sadiq qalarsa və biz Avropa İttifaqı daxilində ABŞ-ın çıxışını kompensasiya etmək üçün imkanlarımız çərçivəsində səylər göstərsək, ümid edirəm ki, saziş ümumilikdə qorunacaq", - deyə Almaniya XİN başçısı əlavə edib.

Qeyd edək ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi Tehranın "nüvə sazişi" çərçivəsində Avropa tərəfindən atılan addımlardan narazı olduğunu açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi