Almaniya Türkiyəni jurnalistlər üçün təhlükəli ölkələr siyahısından çıxarıb

Almaniya Türkiyəni jurnalistlər üçün təhlükəli ölkələr siyahısından çıxarıb Bakı. 25 yanvar. REPORT.AZ/ “Almaniya Türkiyəni jurnalistlər üçün təhlükəli dövlətlər siyahısından çıxarıb”.
Region
25 Yanvar , 2018 13:38
Almaniya Türkiyəni jurnalistlər üçün təhlükəli ölkələr siyahısından çıxarıb

Bakı. 25 yanvar. REPORT.AZ/ “Almaniya Türkiyəni jurnalistlər üçün təhlükəli dövlətlər siyahısından çıxarıb”.

“Report” xəbər verir ki, bunu Almaniyada çıxan “Süddeutsche Zeitung” qəzeti yazıb.

Məqalədə bildirilib ki, Almaniya kansleri Angela Merkel ötən ili noyabrın 14-də Adil Öksüzün tapılması üçün ölkəsinin bütün təhlükəsizlik və kəşfiyyat orqanlarına tapşırıq verib. Vurğulanıb ki, A.Öksüz 2016-cı il iyulun 15-də Türkiydə dövlət çevirlişinə cəhdin əsas fiqurlardan sayılır.

Almaniya hökumətinin başçısı terrorçu PKK qruplaşması üzvlərinin də axtarılaraq, həbs ediləcəyini vəd edib.

Türkiyə Prezidenit Rəcəb Tayyib Ərdoğan bu məsələlərə görə A.Merkelə təşəkkürünü bildirib. 

Qeyd edək ki, Almaniya hökuməti Türkiyəni jurnaslitlərə təzyiq göstərməkdə günahlandırmış və KİV nümayəndələri üçün təhlükəli ölkələr siyahısına daxil etmişdi. 

Son xəbərlər

Orphus sistemi