Almaniya Prezidentinin Ukraynaya səfəri başlayıb 

Almaniya Prezidentinin Ukraynaya səfəri başlayıb  Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ukraynaya səfəri başlayıb.
Region
6 Oktyabr , 2021 10:38
Almaniya Prezidentinin Ukraynaya səfəri başlayıb 
Frank-Valter Ştaynmayer

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ukraynaya səfəri başlayıb.

“Report” UNN-ə isitnadən xəbər verir ki, məlumatı Almaniyanın Kiyevdəki səfirliyi yayıb.

O, Hitler Almaniyasının 1941-ci ildə Ukraynada törətdiyi Babi Yar faciəsinin 80-ci ildönümünə həsr olunan tədbirdə iştirak edəcək.

Bundan başqa, Frank-Valter Ştaynmayerin Ukrayna Prezidenti Volodimir Zelenski və İsrail Prezidenti İshak Hersokla görüşü planlaşdırılıb.

Almaniya Prezidentini səfərdə xanımı Elka Büdenbender də müşayiət edir.

Xatırladaq ki, 1941-ci ilin payızında Hitler Almaniyası Babi Yarda kütləvi qırğın törədib. Orada qətlə yetirilənlərin dəqiq sayı məlum deyil və bununla bağlı müxtəlif rəqəmlər açıqlanıb. Ukraynalı araşdırmaçılara görə, Babi Yarda 150-200 min nəfər qətlə yetirilib.

Qeyd edək ki, Babi Yar Ukraynanın paytaxtı Kiyevin şimal-qərbində Lukyanovka və Sıres rayonları arasında yerləşir.

Son xəbərlər

Orphus sistemi