Bakı. 22 iyun. REPORT.AZ/ Bundestaq Almaniya hərbçilərinin Türkiyənin İncirlik bazasından çıxarılması haqqında qərarı təsdiqləyib.
“Report” “DW”yə istinadən xəbər verir ki, səsvermədə iştirak edən 569 deputatdan 461-i “böyük koalisiya” tərəfindən ölkə parlamentinə təqdim edilən sənədin lehinə səs verib.
İnformasiyaya əsasən, Almaniya təyyarələri və hərbi heyət bundan sonra İordaniyada yerləşəcək.