Bakı. 28 yanvar. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel ilə Ukrayna prezidenti Pyotr Poroşenko fevralın 1-də Berlində görüşəcək.
"Report" xəbər verir ki, bu haqda Almaniyada çıxan "Frankfurter Allgemeine Zeitung" qəzeti məlumat yayıb.
Məlumata görə, tərəflər Ukraynanın şərqindəki vəziyyəti, Minsk anlaşması prosesinin gerçəkləşməsi durumunu müzakirə edəcəklər.