Bakı. 11 may. REPORT.AZ/ “Almaniya kansleri Angela Merkel İranla imzalanan nüvə sazişini müzakirə etmək üçün mayın 18-də Rusiyaya gedəcək”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi vəzifəsini icra edən Yuri Uşakov mayın 11-də jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Soçidə keçiriləcək görüşdə ikitərəfli münasibətlər, İranın nüvə sazişi, Suriyadakı münaqişənin tənzimlənməsi də daxil olmaqla, bir sıra beynəlxalq məsələlər müzakirə ediləcək.