Bakı. 31 avqust. REPORT.AZ/ Almaniya hökuməti İrandan İsrailin mövcudluğunu tanımasını istəyib.
"Report" "news.com"a istinadən xəbər verir ki, bu haqda Almaniya hökumətinin İrana xüsusi müraciətində vurğulanıb.
Müraciətdə bildirilib ki, İslam Respublikası İsraili dövlət kimi tanımayanadək Tehran Berlinlə münasibətlərin normallaşmasına ümid bəsləyə bilməz
Qeyd edək ki, İranın atom-nüvə probleminə dair Vyanda razılaşmasından sonra Almaniya kanslerinin müavini Ziqmar Qabrielin başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər etmişdi.
Həmin vaxt Z.Qabriel İsraillə münasibətlərinin bərpası üçün İrana Almaniyanın vasitəçiliyini təklif edib.