Almaniya beynəlxalq səfərlərə məhdudiyyətin müddətini uzatdı

Almaniya beynəlxalq səfərlərə məhdudiyyətin müddətini uzatdı Almaniya hökuməti koronavirus pandemiyası səbəbi ilə beynəlxalq səfərlərin təhlükəli olması ilə əlaqədar xəbərdarlığın qüvvədə qalma müddətini uzadıb.
Region
29 Aprel , 2020 16:07
Almaniya beynəlxalq səfərlərə məhdudiyyətin müddətini uzatdı

Almaniya hökuməti koronavirus pandemiyası səbəbi ilə beynəlxalq səfərlərin təhlükəli olması ilə əlaqədar xəbərdarlığın qüvvədə qalma müddətini uzadıb.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib.

“Bu qərarı vermək məcburiyyətində idik, çünki vəziyyət rahat səfərlər etməyə imkan verəcək qədər dəyişməyib. Əvvəllər olduğu kimi, bir çox ölkələrdə giriş qadağaları, karantin tədbirləri var, beynəlxalq hava əlaqəsi dayandırılıb. Buna görə də səyahət etməyin təhlükələri barədə xəbərdarlığın müddətini uzatmaq lazımdır”, - H.Maas deyib.

O əlavə edib ki, hətta bir sıra ölkələrdə məhdudlaşdırıcı tədbirlər yumşaldılsa da, Almaniyada və digər ölkələrdə vəziyyət hələ bir neçə həftə sonra normallaşa bilər.

“Bu səbəbdən azı iyunun 14-dək beynəlxalq səfərlərin bərpa olunmasının məqsədəuyğun olduğunu düşünmürük”, - nazir söyləyib.

Son xəbərlər

Orphus sistemi