Almaniya azərbaycanlı ailəni Gürcüstana deportasiya edib

Almaniya azərbaycanlı ailəni Gürcüstana deportasiya edib Almaniyada dörd ilə yaxın möhlət hüquq ilə yaşayan azərbaycanlı ailə ötən gün Gürcüstana deportasiya edilib.
Region
664
26 Avqust , 2020 12:05
Almaniya azərbaycanlı ailəni Gürcüstana deportasiya edib

Almaniyada dörd ilə yaxın möhlət hüquq ilə yaşayan azərbaycanlı ailə ötən gün Gürcüstana deportasiya edilib.

“Report”un Avropa bürosunun məlumatına görə, iki valideyn, üç uşaqdan ibarət azərbaycanlı ailə gecə saat 4 radələrində polis və miqrasiya idarəsinin əməkdaşları tərəfindən yaşadıqları evdən götürülərək Münhen hava limanına gətiriliblər. Onlar buradan xüsusi təyyarə reysi ilə Gürcüstana deportasiya ediliblər. Deportasiya edilənlər arasında azərbaycanlı ailədən başqa daha 20 nəfər də olub.

Ailənin Azərbaycana yox, Gürcüstana deportasiya edilməsinə gəlincə, Almaniya Miqrasiya İdarəsi və Daxili İşlər Nazirliyi burada atanın vətəndaşlıq mənsubiyyətini nəzərə alıb. Belə ki, ailədə ata Gürcüstan, ana Azərbaycan vətəndaşıdır. Üç uşağın hər biri də Azərbaycanda anadan olublar və onlara Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilib. Lakin ailə bununla bağlı nə Azərbaycan, nə də Gürcüstan səfirliyinə müraciət edib. 

Məlumat üçün bildirək ki, Almaniya Federativ Respublikası ötən həftədə koronavirus pandemiyası dövründə sığınacaq axtaranların ilk deportasiyasını həyata keçirib. Almaniyada sığınacaq müraciətləri rədd edilən və barələrində idarə məhkəmələrinin qərarı ilə deportasiya qərarı çıxarılan 33 nəfər Pakistan vətəndaşı Münhen hava limanından xüsusi təyyarə ilə Paksitana deportasiya ediliblər.

Orphus sistemi