Aleksey Navalnı komadan ayılıb

Aleksey Navalnı komadan ayılıb Müxalifət liderinin səhhəti sabit-ağır olaraq qalır
Region
7 Sentyabr , 2020 17:37
Aleksey Navalnı komadan ayılıb
Aleksey Navalnı

Rusiya müxalifətinin lideri Aleksey Navalnı komadan çıxıb və həkimlər onu süni tənəffüs aparatından ayırıblar. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Charite” klinkasından bildirilib.

Müxalifət liderinin səhhəti sabit-ağır olaraq qalır.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniyaya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi