Bakı. 1 dekabr. REPORT.AZ/ Türkiyənin Baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binəli Yıldırım Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli ilə Çankayadakı iqamətgahında görüşüb.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, baş nazir və müxalifət lideri ölkə konstitusiyasına əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan layihəni müzakirə ediblər.
Görüşdən sonra B.Yıldırımla D.Bahçeli birgə mətbuat konfransı keçiriblər.
“Ən əhəmiyyətli dəyişiklik prezidentin partiyası ilə əlaqələrin davam etdirilməsidir. Layihə AKP-nin adından Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək. Bu, MHP ilə uzlaşdırdığımız mətndir. Bir-iki gün ərzində dostlar bizim baxışlarımızı da nəzərə alaraq, layihə üzərində işi yekunlaşdıracaqlar. Məclisdə layihə üzərində işlər tamamlandıqdan sonra 60 gün ərzində referenduma çıxarılması planlaşdırılır” - Binəli Yıldırım vurğulayıb.