​AKP sözçüsü: "Bu qətnamə Türkiyə-Almaniya əlaqələrinə ciddi zərər verəcək"

​AKP sözçüsü: "Bu qətnamə Türkiyə-Almaniya əlaqələrinə ciddi zərər verəcək" "Almaniya parlamentinin qərarı dostcasına davranış deyil"
Region
2 İyun , 2016 15:33
​AKP sözçüsü: Bu qətnamə Türkiyə-Almaniya əlaqələrinə ciddi zərər verəcək

Bakı. 2 iyun . REPORT.AZ/ "Almaniya Bundestaqında qondarma soyqırımla bağlı qətnamənin qəbul edilməsi Türkiyə-Almaniya əlaqələrinə ciddi zərər verəcək."

"Report" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Yasin Aktay Bundestaqda 1915-ci ildə Osmanlı dövlətindəki hadisə ilə bağlı qəbul edilən qətnaməyə münasibət bildirərkən deyib.

"Almaniya parlamentinin qərarı dostcasına davranış deyil", - deyə, o vurğulayıb.

"Reuters"in məlumatana görə, AKP bundestaqın qətnaməsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinə təkliflər təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi