AKP rəsmisi: "Türkiyədə gələn ilin aprelində referendum keçirilə bilər"

AKP rəsmisi: "Türkiyədə gələn ilin aprelində referendum keçirilə bilər" Konstitusiyaya 12-15 maddəlik dəyişiklik təkilf edilir
Region
19 Oktyabr , 2016 12:55
AKP rəsmisi: Türkiyədə gələn ilin aprelində referendum keçirilə bilər

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Prezident idarəetmə sistemi ilə bağlı gələn ilin aprel ayında referendum keçirilə bilər".

"Report" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) baş katibinin müavini Həyati Yazıcı NTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərnə görə, Konstitusiyaya 12-15 maddəlik dəyişiklik təkilf edilir.

"Bu təkliflər 2017-ci ilin yanvarında Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunacaq. Apreldə isə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilə bilər" - AKP rəsmisi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi