Bakı. 31 avqust. REPORT.AZ/ Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) keçmiş millət vəkili Konstitusiya Komissiyasının sədri, İdris Şahin Fətullahçı terror təşkilarına qarşı aparılan istintaq tədbiri çərçivəsində saxlanılıb.
"Report" Haberturk-ə istinadən xəbər verir ki, o, Çankırı Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərə qarşı mübarizə şöbəsinın əməkdaşları tərəfindən tutulub.
İnfromasiyaya əsasən, İdris Şahin Türkiyə Böyük Millət Məclisinə 24-cü çağırışda (2011-2015-ci illərdə) AKP-dən millət vəkili olub.
Xəbərə görə, onun yaşadığı evdə və iş yerində axtarış aparılıb.