AK nümayəndəsi: “Ukraynanın Avropa İttifaqına üzvlüyü prosesi 11 il çəkə bilər”

AK nümayəndəsi: “Ukraynanın Avropa İttifaqına üzvlüyü prosesi 11 il çəkə bilər” Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulması prosesi, hətta sürətləndirilmiş prosedur altında da, 6 ildən 11 ilə qədər çəkəcək.
Region
27 dekabr 2023 07:30
AK nümayəndəsi: “Ukraynanın Avropa İttifaqına üzvlüyü prosesi 11 il çəkə bilər”

Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulması prosesi, hətta sürətləndirilmiş prosedur altında olsa belə, 6 ildən 11 ilə qədər çəkəcək.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Avstriyadakı nümayəndəliyinin rəhbəri Martin Zelmayer “Kleine Zeitung” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Kiyevin Avropaya inteqrasiya ilə bağlı çox işi var.

M.Zelmayer bildirib ki, bir vaxtlar Avstriyanın Aİ-yə üzv olması üçün 6, İspaniyaya isə 11 il lazım olub: “Ukrayna ortada qala bilər. Bununla belə, Kiyevin hələ çox işi var, mən xüsusilə, məhkəmə müstəqilliyinə və inzibati səmərəliliyə nail olmaq üçün islahatları nəzərdə tuturam”.

AK nümayəndəsi qeyd edib ki, Avropa Ukraynaya ölkəni siyasi birliyə qəbul etmək üçün verdiyi vədi tutmalıdır.

Bu yaxınlarda AK rəsmi olaraq ölkəyə Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib. Ukraynanın təşkilata üzv olması üçün bu ölkəyə qanunun aliliyi, ədalət və korrupsiya ilə mübarizə daxil olmaqla müxtəlif şərtlər qoyulub.

Son xəbərlər

Orphus sistemi