Aİ Şurasının prezidenti Gürcüstanda səfərdədir

Aİ Şurasının prezidenti Gürcüstanda səfərdədir O, səfər zamanı Salome Zurabişvili və İrakli Qaribaşvili ilə görüşəcək
Region
20 Aprel , 2021 15:10
Aİ Şurasının prezidenti Gürcüstanda səfərdədir
Şarl Mişel

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Gürcüstana səfəri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, səfər zamanı Gürcüstan prezidenti Salome Zurabişvili və baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.

Aİ-nin ali rəsmisi həmçinin parlament sədri Arçil Talakvadze və siyasi partiya nümayəndələri ilə də görüşlər keçirəcək.

Ş.Mişel Gürcüstanı sabah tərk edəcək.

Qeyd edək ki, ötən gün Gürcüstanda siyasi böhranın aradan qaldırılması üzrə hakimiyyət və müxalifət arasında Ş.Mişelin təqdim etdiyi razılaşma imzalanıb.

Son xəbərlər

Orphus sistemi