Aİ Rusiyanı Navalnını Avropaya müalicəyə göndərməyə çağırıb

Aİ Rusiyanı Navalnını Avropaya müalicəyə göndərməyə çağırıb “Aleksey Navalnının səhhəti bizi çox narahat edir. Rusiya hakimiyyətini Avropa İttifaqında onu müalicə almağa icazə verməyə çağırırıq. Şəffaf və hərtərəfli araşdırma gözləyirik”
Region
21 Avqust , 2020 15:16
Aİ Rusiyanı Navalnını Avropaya müalicəyə göndərməyə çağırıb

“Aleksey Navalnının səhhəti bizi çox narahat edir. Rusiya hakimiyyətini Avropa İttifaqında onu müalicə almağa icazə verməyə çağırırıq. Şəffaf və hərtərəfli araşdırma gözləyirik”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Nabilla Massrali bildirib.

Xatırladaq ki, ötən gün rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib. İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib. Hazırda siyasətçinin komanda olduğu bildirilir. Yerli həkimlərin onun zəhərləndiyi iddiasını rədd edirlər.

Son xəbərlər

Orphus sistemi