Aİ Ermənistan-Azərbaycan gərginliyinin artmasından narahatdır

Aİ Ermənistan-Azərbaycan gərginliyinin artmasından narahatdır Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ötən həftə Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsini şərh edib.
Region
226
15 Noyabr , 2021 03:49
Aİ Ermənistan-Azərbaycan gərginliyinin artmasından narahatdır
Toyvo Klaar

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ötən həftə Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsini şərh edib.

“Report” xəbər verir ki, Aİ rəsmisi bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb.

O, ötən həftə Ermənistanla Azərbaycan arasında artan gərginlikdən narahat olduğunu bildirib.

"(Gərginliyi-red) Azaltmaq, səbəbləri aradan qaldırmaq və hərtərəfli nizamasalma nailiyyət üzrə işə başlamaq lazımdır", - Klaar tviterdəki səhifəsində yazıb.

Daha əvvəl Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə növbəti təxribata cəhd göstərib.

Son xəbərlər

Orphus sistemi