Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistanda səfərdədir

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistanda səfərdədir Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın paytaxtı İrəvanda səfərdədir.
Region
30 noyabr 2021 12:28
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistanda səfərdədir
Toyvo Klaar

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın paytaxtı İrəvanda səfərdədir.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Baş nazir Nikol Paşinyanla regional məsələləri müzakirə edib.

Eyni zamanda dekabrda Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti ilə bağlı məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Nikol Paşinyan Ermənistan - Avropa İttifaqı əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib və ikitərəfli münasibətlərin inkişafı kontekstində "Şərq Tərəfdaşlığı" sammitinin əhəmiyyətini qeyd edib.

Son xəbərlər

Orphus sistemi