Aİ Gürcüstanda verilən COVID-19 pasportlarını tanıyıb

Aİ Gürcüstanda verilən COVID-19 pasportlarını tanıyıb Bu gün Avropa İttifaqı (Aİ) Gürcüstanda təqdim olunan COVID-19 pasportlarının tanınması barədə qərar qəbul edəcək.
Region
153
15 Noyabr , 2021 16:10
Aİ Gürcüstanda verilən COVID-19 pasportlarını tanıyıb
0 : 00
0 : 00

Avropa İttifaqı (Aİ) Gürcüstanda təqdim olunan COVID-19 pasportlarını tanıyıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq qərar Avropa Komissiyasının rəsmi saytında dərc olunub.

Qərara əsasən, koronavirus əleyhinə tam vaksinasiya kursu keçmiş və bunu təsdiqləyən sertifikatı olan Gürcüstan vətəndaşları Aİ ölkələrinə səfər edə biləcəklər.

Aİ-nin qərarı dərc olunduğu andan qüvvəyə minir.   

14:26

Bu gün Avropa İttifaqı (Aİ) Gürcüstanda təqdim olunan COVID-19 pasportlarının tanınması barədə qərar qəbul edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Aİ-nin qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli məlumat verib.

Onun sözlərinə görə, analoji qərarın Moldova və Serbiya ilə bağlı da veriləcəyi nəzərdə tutulub.

Aİ rəsmisi bildirib ki, yeni qərarla Gürcüstan, Moldova və Serbiya vətəndaşlarının Avropa ölkələrinə səfər etməsi sadələşdiriləcək.

Qeyd edək ki, koronavirus əleyhinə peyvəndin hər iki dozasını vurduran Gürcüstan vətəndaşları COVID-19 sertifikatlarını Ədliyyə Evlərinin filiallarında əldə edə bilirlər. Bu sənəd qonşu ölkədə gələn ayın 1-dən etibarən bir sıra qapalı məkanlara daxil olmaq üçün vətəndaşlar və turistlərdən tələb ediləcək.

Son xəbərlər

Orphus sistemi