Aİ Gürcüstan ordusuna 12 milyon avrodan çox yardım ayıracaq

Aİ Gürcüstan ordusuna 12 milyon avrodan çox yardım ayıracaq Gürcüstanın Müdafiə Qüvvələri Avropa İttifaqından (Aİ) 12,75 milyon avro məbləğində yardım alacaq.
Region
3 Dekabr , 2021 12:42
Aİ Gürcüstan ordusuna 12 milyon avrodan çox yardım ayıracaq

Gürcüstanın Müdafiə Qüvvələri Avropa İttifaqından (Aİ) 12,75 milyon avro məbləğində yardım alacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Aİ Şurasının məlumatında bildirilib.

Məlumata əsasən, yardım Gürcüstan ordusunun potensialının möhkəmləndirilməsi, eyni zamanda, böhran və fövqəladə hallarda mülki əhaliyə xidmət göstərmək imkanlarını genişləndirməyə imkan verəcək. Yardıma tibbi və mühəndis avadanlıqları, həmçinin mülki təyinatlı nəqliyyat vasitələri daxildir.

Maddi dəstək çərçivəsində Moldovaya 7 milyon avro, Ukraynaya isə 31 milyon təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi