Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib

Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib Hüquq-mühafizə orqanlarının əməkdaşları bazar günü toqquşmalar zamanı 228 fəalı saxlayıblar
Region
22 Aprel , 2018 18:54
Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib

Bakı. 22 aprel. REPORT.AZ/ Avropa İttifaqı Ermənistanda icazəsiz mitinqlər keçirdiklərinə görə, saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib və bütün tərəfləri təmkinli olmağa çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidməti nümayəndəsinin bazar günü yayılan bəyanatında deyilir.

Ermənistan polisinin bundan əvvəl yaydığı məlumata görə, bazar günü küçə toqquşmaları zamanı 228 fəal saxlanılıb.

"Qanuni azad toplaşmaq hüquqlarını icra edən zaman qanunsuz olaraq tutulan hər kəs dərhal azad olunmalıdır", - deyə sənəddə bildirilir.

Son xəbərlər

Orphus sistemi