Aİ Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək  

Aİ Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək   “Avropa İttifaqı Belarusda zorakılıq və seçki saxtakarlığına görə məsuliyyət daşıyanlara qarşı sanksiya tətbiq edəcək”
Region
19 Avqust , 2020 17:38
Aİ Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək  
0 : 00
0 : 00

“Avropa İttifaqı Belarusda zorakılıq və seçki saxtakarlığına görə məsuliyyət daşıyanlara qarşı sanksiya tətbiq edəcək”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarusla əlaqədar keçirilən sammitdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel söyləyib.

Bildirilib ki, sanksiyalar həmçinin ölkə rəhbəri Aleksandr Lukaşenkoya qarşı da tətbiq edilə bilər.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Son xəbərlər

Orphus sistemi