Bakı. 22 oktyabr. REPORT.AZ/ "Bəşşar Əsədin Moskvada az qala qırmızı xalıda qarşılanması Rusiyanın keçid prosesi ilə bağlı hədəfinə qarşıdır".
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Erik Şults oktyabrın 20-də Suriyadakı rejimin başçısı Bəşşar Əsədin Rusiyaya səfərini şərh edərkən deyib.
ABŞ Dövlət Departamenti bu səfərdən təəccüblənmədiklərini bildirib: "Bu ziyarətlə bağlı maraqlı məlumat alsaq da, təəccüblənmədik".
Qeyd edək ki, oktyabrın 23-də ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Rusiyanın xarici işlər nazirləri Vyanda Suriya məsələsini müzakirə etmək üçün bir araya gələcək.