Afrində Türkiyəyə məxsus hərbi helikopter vurulub, hər iki pilot şəhid olub - YENİLƏNİB

Afrində Türkiyəyə məxsus hərbi helikopter vurulub, hər iki pilot şəhid olub - YENİLƏNİB Türkiyə Silahlı Qüvvələri məlumat yayıb
Region
10 Fevral , 2018 16:54
Afrində Türkiyəyə məxsus hərbi helikopter vurulub, hər iki pilot şəhid olub - YENİLƏNİB

Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinə məxsus Afrində vurulan helikopterin hər iki pilotu şəhid olub.

“Report”un xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.


*** 16:14

Bakı. 10 fevral. REPORT.AZ/ Bir qədər əvvəl Afrində keçirilən "Zeytun budağı" əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter vurulub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında bildirib.

"Təbii, bunlar olacaq. Biz müharibənin içindəyik. İtkimiz də olacaq. Bizim bir helokopterimiz vuruldusa, bunun əvəzini onlar qat-qat ödəyəcək”, - deyə o, vurğulayıb.

Son xəbərlər

Orphus sistemi