Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub Çavuş Mehmet Muratdağı PYD terrorçuları ilə silahlı qarşıdurmada yaralanmışdı
Region
663
23 Yanvar , 2018 20:32
Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

Bakı. 23 yanvar. REPORT.AZ/ Suriyanın Afrin bölgəsində Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. 

Məlumata görə, "Zeytun budağı" əməliyyatının dördüncü günündə çavuş Mehmet Muratdağı Afrin yaxınlarında PKK-nın Suriya qolu olan PYD terrorçuları ilə silahlı qarşıdurmada yaralanıb və xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birlikdə Suriyanın Afrin bölgəsində “Zeytun budağı” adlı antiterror əməliyyatlarına başlayıb. Əməliyyatlar zamanı Türkiyə ordusunun hərbçiləri Musa Özalkan və leytenant Oğuz Kaan Usta şəhid olmuşdu. 

Son xəbərlər

Orphus sistemi