Afrində Türkiyənin daha 1 əsgəri şəhid olub, 5-i isə yaralanıb

Afrində Türkiyənin daha 1 əsgəri şəhid olub, 5-i isə yaralanıb Terrorçuların atdığı raket Afrin bölgəsində yerləşən Burseya dağının ətəklərində olan müşahidə qülləsinə düşüb
Region
3 Fevral , 2018 17:58
Afrində Türkiyənin daha 1 əsgəri şəhid olub, 5-i isə yaralanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Suriyanın Afrin bölgəsində terroçuların açdığı atəş nəticəsində Türkiyənin daha 1 əsgəri şəhid olub, 5-i isə yaralanıb.

“Report” “Hürriyət”ə istinadən xəbər ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, terrorçuların atdığı raket Afrin bölgəsində yerləşən Burseya dağının ətəklərində olan müşahidə qülləsinə düşüb.

Yaralı əsgərlərdən birinin vəziyyəti ağırdır. Yaralanan əsgərlər təcili tibbi yardım maşınları ilə Türkiyənin Kilis Dövlət Xəstəxasına yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi