Bakı. 24 yanvar. REPORT.AZ/ Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” antiterror əməliyyatı zamanı Türkyə Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, yaralı hərbçilər Gülbaba sərhədyanı kəndindəki təxliyyə məntəqəsinə gətirilərək oradan Türkiyənin Kilis şəhərindəki dövlət xəstəxanasına yerləşdirilib.
Təcili xidmət bölməsində müalicə olunan hərbçilərin səhhətinin yaxşı olduğu bildirilir.