Afrin əməliyyatlarında Türkiyə ordusunun 41 hərbçisi şəhid olub

Afrin əməliyyatlarında Türkiyə ordusunun 41 hərbçisi şəhid olub Azad Suriya Ordusunun 116 döyüşçüsü həlak olub
Region
2 Mart , 2018 13:06
Afrin əməliyyatlarında Türkiyə ordusunun 41 hərbçisi şəhid olub

Bakı. 2 mart. REPORT.AZ/ “Təəssüf ki, “Zeytun budağı” əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin 41 hərbçisi, Azad Suriya Ordusunun 116 döyüşçüsü şəhid olub”.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli bildirib.

Onun sözlərinə görə, Suriyanın Afrin bölgəsində 615 kv km ərazi, 94 yaşayış məntəqəsi və 28 strateji yüksəklik terrorçulardan təmizlənib: “Ümumilikdə 157 şəhidmiz var. Əməliyyat başladığı gündən indiyədək 2295 terrorçu məhv edilib”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində “Zeytun budağı” adlı əməliyyata başlayıb. 

Son xəbərlər

Orphus sistemi