AFAD rəhbəri: "Azərbaycan ötən ilin 15 iyul hadisəsində Türkiyəyə böyük dəstək verdi"

AFAD rəhbəri: "Azərbaycan ötən ilin 15 iyul hadisəsində Türkiyəyə böyük dəstək verdi" "Azərbaycan bu addımla türk xalqına, dövlətinə dəstəyini nümayiş etdirib"
Region
13 İyul , 2017 20:41
AFAD rəhbəri: Azərbaycan ötən ilin 15 iyul hadisəsində Türkiyəyə böyük dəstək verdi

Türkiyə. Ankara. REPORT.AZ/ "Ötən il iyulun 15-də dövlət çevirilişinə cəhd zamanı Azərbaycan Türkiyənin yanında oldu".

"Report"un xəbərinə görə, bunu Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) rəisi Mehmet Halis Bilden deyib.

O bildirib ki, Azərbaycan bu addımla türk xalqına, dövlətinə dəstəyini nümayiş etdirib: "Biz çətin anlarımızda qardaş Azərbaycan dövlətinin və xalqının hərtərəfli dəstəyini gördük. Hətta Azərbaycan mediası baş verən xain dövlət çevrilişinə həmin an reaksiya verərək, baş verənləri pislədi, türk xalqının və dövlətinin mövqeyini dəstəklədi. Media baş verən hadisələri obyektiv işıqlandırdı”.

AFAD rəisi xüsusi vurğulayıb ki, Türkiyə Azərbaycanla sıx əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi