KİV: İran uranı Natanzda üçüncü sentrifuqa kaskadında zənginləşdirir

KİV: İran uranı Natanzda üçüncü sentrifuqa kaskadında zənginləşdirir İran Natanzdakı yeraltı qurğuda IR-6 sentrifuqalarının üçüncü kaskadında uranın zənginləşdirilməsinə başlayıb.
Region
11 oktyabr 2022 04:55
KİV: İran uranı Natanzda üçüncü sentrifuqa kaskadında zənginləşdirir

İran Natanzdakı yeraltı qurğuda IR-6 sentrifuqalarının üçüncü kaskadında uranı zənginləşdirməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məxfi hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, bu, sözügedən obyektdə işə salınan üç kaskaddan sonuncudur. Hesabata əsasən, İran AEBA-nı Natanzda quraşdırılması üçün nəzərdə tutulan 12 kaskaddan əlavə IR-2m sentrifuqalarının əlavə üç kaskadını quraşdırmaq niyyətində olması barədə xəbərdar edib.

Bundan əlavə, AEBA-ya məlumat verilib ki, müəssisədə IR-4 sentrifuqalarından ibarət kaskad və 6 kaskad IR-2m sentrifuqa quraşdırılıb, lakin onlardan hələ uranın zənginləşdirilməsi üçün istifadə edilmir.

Son xəbərlər

Orphus sistemi