Adanadakı partlayışın şübhəlilərindən biri öldürülüb, biri yaralı halda tutulub

Adanadakı partlayışın şübhəlilərindən biri öldürülüb, biri yaralı halda tutulub Berat Albayrak hadisədə 2 nəfərin şəhid olduğunu, 33 nəfərin isə yaralandığını söyləyib
Region
24 Noyabr , 2016 17:09
Adanadakı partlayışın şübhəlilərindən biri öldürülüb, biri yaralı halda tutulub

Bakı.24 noyabr.REPORT.AZ/ Türkiyənin Adana şəhəri valiliyinin binası qarşısında partlayış törətməkdə şübhəli bilinən yaralı halda tutulub.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, şübhəlilərdən iki nəfərin şəxsiyyəti müəyyənləşib. Onlar Seyhan rayonunun Küçükdikli məhəlləsində saxlanılıblar. Polis əməkdaşlarının “dayan” xəbərdarlığına məhəl qoymayaraq maşınla ərazidən uzaqlaşmaq istəyiblər. Ancaq polisin açdığı atəş nəticəsində onlardan biri öldürülüb, o biri isə yaralı halda tutulub.

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak hadisədə 2 nəfərin şəhid olduğunu, 33 nəfərin isə yaralandığını söyləyib.

Qeyd edək ki, noyabrın 24-də səhər saatlarında Adana valiliyinin binası qarşısındakı avtomobil dayanacağında partlayış törədilib. 

Son xəbərlər

Orphus sistemi