Abxaziyada separatçı rejim prezident seçkiləri keçirib

Abxaziyada separatçı rejim prezident seçkiləri keçirib Gürcüstan XİN dünya ictimaiyyətinə bu seçkiləri tanımamağa çağırıb
Region
25 Avqust , 2014 11:03
Abxaziyada separatçı rejim prezident seçkiləri keçirib
Bakı. 25 avqust. REPORT.AZ/ Separatçı rejim Abxaziya Respublikasında prezident seçkiləri keçirib. 

Report Lenta.ru-ya istinadən xəbər verir ki, ilkin məlimatlara görə, müxalifət lideri Raul Xacimba 50,57% səs toplayaraq, "prezident seçkilərinin" birinci mərhələsində qalib gəlib.

Xacimbanın ən yaxın rəqibi, Abxaziya təhlükəsizlik xidməti rəhbərinin vəzifələrini icra edən Aslan Bjaniya 35,9% səs toplayıb. "Müdafiə naziri"nin vəzifələrini icra edən Miraba Kişmariyaya 6,4% seçici səs verib, "DİN"in keçmiş rəhbəri Leonid Dzapşu 3,4% səs yığıb. Bütün namizədlərin əleyhinə 1,8% seçici səs verib. Seçkilərdə 70% seçici iştirak edib. 

Öz növbəsində, Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti Abxaziyada keçirilən qanunsuz prezident seçkilərini qınamağa çağırıb. Naziurlik bəyan edib ki, bu seçkilər beynəlxalq hüququn əsas prinsiplərinə sayğısızlqdır.

Son xəbərlər

Orphus sistemi